Əsas Səhifə > ELM VƏ TƏHSİL > Yaşı 18-dən az olan tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək
Yaşı 18-dən az olan tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək26-11-2021, 17:19 |
“Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət forması sadələşdiriləcək. Hətta ola bilsin, bu məsələ günün sonuna qədər reallaşdırılsın”. Şəffaflıq.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, sadələşdirmədən sonra yaşı 18-dən az olan tələbələr notarial qaydada təsdiq edilən ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu sistemə daxil etməklə bu xidmətdən yararlana biləcəklər. Qeyd edək ki, artıq sosial şəbəkələrdə kreditlərin verilməsi şərtləri ilə bağlı narazılıqlar müşahidə olunur. Narazı vətəndaşlar bildirir ki, sistemdən qeydiyyatdan keçmək üçün “asan login”a malik olmaq lazımdır. Bu da o deməkdir ki, müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin Azərbaycanda 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Geri qayıt |