Əsas Səhifə > HƏRBİ > DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxılıb
DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxılıb26-11-2021, 15:31 |
Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb. Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib. Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib. Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.“Report” Geri qayıt |