Əsas Səhifə > REGİON > Rusiyada şaxtada ölənlərin sayı 14 nəfərə çatıb
Rusiyada şaxtada ölənlərin sayı 14 nəfərə çatıb25-11-2021, 23:10 |
Rusiyada kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 14-ə çatıb Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir. Geri qayıt |