Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bakıda istilik problemi olan məktəblərin sayı açıqlanıb
Bakıda istilik problemi olan məktəblərin sayı açıqlanıb25-11-2021, 15:44 |
![]() Şəffaflıq.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb. Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur: "Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir". M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib: "Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır". Geri qayıt |