Əsas Səhifə > RƏSMİ XƏBƏR > Prezident Administrasiyasının rəhbəri Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Prezident Administrasiyasının rəhbəri Putinin xüsusi nümayəndəsi ilə görüşüb25-11-2021, 14:24 |
![]() Şəffalıq.az xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib. ![]() ![]() Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb. Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Şəffaflıq.az Geri qayıt |