Əsas Səhifə > ELM VƏ TƏHSİL > Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər


25-11-2021, 13:29
 "Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur".
Şəffaflıq.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".
Nazir müavini xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: "Qiyabi təhsil alanlar isə kredit ala bilməzlə
r".
Geri qayıt