Əsas Səhifə > REGİON > Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil verilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil verilib28-07-2019, 22:31 |
İyulun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib. Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, mənzillərin təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımların atıldığını bildirib. qeyd edib ki, bu kateqoriyalardan olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzilin verilməsi planlaşdırılıb. “Bu gün təqdim edilən mənzillər də daxil olmaqla, artıq 110 mənzil sahiblərinə verilib”, - deyən nazir müavini bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6764 mənzil təqdim edildiyini vurğulayıb. Anar Kərimov müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirilib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub. Artıq 200 avtomobil təqdim olunub. Beləliklə, indiyədək 6350-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib. Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib. Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda, onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu diqqətə çatdırıblar. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Şəffaflıq.az Geri qayıt |