Əsas Səhifə > Gündəm / Maraqlı > Milli Məclis əməkdaşlarının bir qisminə 500 manat maddi yardım edilib

Milli Məclis əməkdaşlarının bir qisminə 500 manat maddi yardım edilib


23-11-2021, 13:05

 

“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat pul verilib”.

Şəffaflıq.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

O, iclas zamanı Milli Məclis sədri Sahibə Qafarovanı tərifləyib. Deputat bildirib ki, Milli Məclisin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.

Qeyd edək ki, T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.

Geri qayıt