Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Komitə sədri qadına qarşı zorakılıq və şiddətdən danışıb

Komitə sədri qadına qarşı zorakılıq və şiddətdən danışıb


23-11-2021, 10:57
"Qadına qarşı zorakılıq dünən də olub, bu gün də var, sabah da olacaq".
Şəffaflıq.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zaqatala rayonuna USAİD-in təşkil etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədri əlavə edib ki, cəmiyyətimizdə qadınların rolu böyük olsa da on lara qarşı zorakılıq və şiddət halları hər zaman olub: "Lakin bu istiqamətdə maarifləndirici işlər aparılmalı və belə halların miqyasının kiçildilməsi vacibdir. Qadına qarşı zorakılıq, şiddət dünən də olub, bu gün də var, sabah da olacaq. Mən əminəm buna. Amma onun miqayısını kiçiltmək, insanların bu məsələyə münasibətini dəyişmək, ən əsası ailələrdə bu məsələlərə münasibəti dəyişməyi çalışmaq lazımdır. Biz də bu işlə məşğuluq".
Qadına qarşı şiddət və zorakılığın müxtəlif səbəbləri olduğunu söyləyən B.Muradova belə hadisələri əsasən sosial, iqtisadi, psixoloji, qadınların özünün məlumatsızlığı və özünü müdafiə etmək qabiliyyətinin, özgüvəninin aşağı səviyyədə olması ilə əlaqələndirib: "Bəzən ailə dəyərləri adlandırılan amma mahiyyətcə mənfi stereotiplərin mövcudluğudur ki, belə halların baş verməsinə səbəb olur. Həm beynəlxalq təşkilatlar, həm müvafiq dövlət orqanları ilə vahid plan əsasında biz birlikdə işləyirik. Hər bir qurum öz səlahiyyəti çərçivəsində bu məsələnin aradan qaldırılmasına öz töhfəsini verməyə çalışır. Amma buna rəğmən yenə də bu hadisələr baş verir və bu bizi çox narahat edir. Əlbətdə ki, maariflənmənin genişlənməsinə, insanların məlumatlandırılmasına və bu məsələnin hüquqi müstəvidə qəbul olunmasına çox böyük ehtiyac var. Bunu bir çoxları mənəvi, milli mənada dəyərləndirir. Nə kişiyə, nə qadına, nə də uşğlara qarşı şiddət və zorakılıq halları baş verməməlidir". - deyə, komitə sədri vurğulayıb."Report"

Geri qayıt