Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb


22-11-2021, 19:30
 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

Geri qayıt