Əsas Səhifə > SİYASƏT > İlham Əliyev Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul edib


22-11-2021, 19:23
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.
Şəffaflıq.az xəbər verir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirilib.
Görüşdə səfir Jaime Van Zellerin fəaliyyəti dövründə münasibətlərimizin çox müsbət şəkildə inkişafının davam edəcəyinə əminlik ifadə olunub.
Geri qayıt