Əsas Səhifə > REGİON > FHN:Şamaxıdakı zəlzələ ilə bağlı: Dağıntı və xəsarət yoxdur
FHN:Şamaxıdakı zəlzələ ilə bağlı: Dağıntı və xəsarət yoxdur20-11-2021, 20:16 |
Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən yeraltı təkanlar barədə məlumat yayıb. Şəffaflıq.az xəbər verir ki,Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Geri qayıt |