Əsas Səhifə > Hadisə / Cəmiyyət > Ötən gün toylara görə daha 8 nəfər cərimələnib

Ötən gün toylara görə daha 8 nəfər cərimələnib


20-11-2021, 10:28
 Noyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Şəffaflıq.az
Geri qayıt