Əsas Səhifə > HƏRBİ > “Dəmir yumruğ”un Zəfəri: döyüşçülər Ağdamın azad olunmasından danışır
“Dəmir yumruğ”un Zəfəri: döyüşçülər Ağdamın azad olunmasından danışır20-11-2021, 09:19 |
![]() Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ordusunun mayoru Ramin Nəzərov deyib. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində ötən ilin bu günü Azərbaycan Ordusu Ağdam şəhərinə daxil oldu: "Bundan sonra isə Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətimiz üçün yeni modul tipli yataqxanalar tikildi. Bununla da şəxsi heyətimizin mənəvi-psixoloji vəziyyəti və məişət şəraiti yaxşılaşdırıldı. Mən bir daha xalqımızı, dövlətimizi inandırmaq istəyirəm ki, bizim torpaqlara bundan sonra yadelli qüvvələrin ayağı dəyməyəcək. Biz buna imkan verməyəcəyik. Biz bilirdik ki, düşmənə qalib gələcəyik, onları məhv edəcəyik və torpaqlarımızdan uzaqlaşdıracağıq. Bunun üçün də əvvəlcədən şəxsi heyətimizə dövlətə, millətə sevgi, düşmənə isə nifrət hissi oyadılmışdı". ![]() Azərbaycan Ordusunun zabiti Ağdama daxil olan zaman gözlərinin yaşardığını vurğulayıb: "Uçurulan, dağıdılan evlərə baxdım. Daha sonra məscidimizi ziyarət etdim. Düşmənlər məscidimizi pis günə salmışdılar, orada mal-qara saxlamışdılar. Düzdür, buna pis olsam da, işğaldan azad edilən torpaqlara ayağımızı basdığımıza görə sevinirdim. Hazırda burada xidmətimiz düzgün qaydada təşkil edilir. İşğaldan azad edilən ərazilərdə xidmət etməyimizlə qürur duyuruq". ![]() Baş çavuş Yasin Alıyev isə vurğulayıb ki, düşmən əvvəldən Azərbaycan Ordusunun Ağdam istiqamətindən hücuma keçəcəyini zənn edirdi: "Bunun üçün ermənilər xüsusi artilleriya, hava hücumundan müdafiə və motoatıcı qüvvələrini bu istiqamətə yönəltmişdi”. ![]() Baş çavuş döyüşlərdə göstərdiyi xidmətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib: "Mən cənab Prezident tərəfindən "Ağdamın azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam. 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün qürur hissi duyuram". Qeyd edək ki, bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və Ağdamda bayrağımız ucaldılıb. Foto-video: Vüqar Xanlarov Geri qayıt |