Əsas Səhifə > Hadisə > Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var
Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var19-11-2021, 23:54 |
Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə səhiyyə naziri Faxrettin Koca tviterdəki hesabında yazıb. O, bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub. Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub. Geri qayıt |