Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Nazirlik Vətən müharibəsi qazilərinə müraciət edib
Nazirlik Vətən müharibəsi qazilərinə müraciət edib19-11-2021, 12:40 |
"Bu günə qədər Vətən müharibəsində iştirak edən 2 200 qaziyə əlillik təyinat aparılıb və hamısı bu təyinatından razıdır. Müəyyən qazilər, hansının ki, travması var, amma vəziyyəti əlilliyə uyğun gəlmirsə təyinatı aparılmır, həmin qazilər də bundan narazı olur". Şəffaflıq.az reporta istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib. O bildirib ki, qazilərə əlillik təyinatı müştərək komissiya tərəfindən həyata keçirilir: "Komissiyaya bizim agentliklər yanaşı İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri daxildir. Bu komissiya obyektiv şəkildə qərar qəbul edir. Nazirlər Kabinetinin qərarının müvafiq meyarına görə, travma, orqanizm funksiyanın pozulması uyğundursa bu zaman vaxt itirmədən təyinat aparılır, haqqı çatan əlillik dərəcəsini almalıdır. Hər hansı qazi yenə də narazıdırsa yenidən dəvət edib yoxlaya bilərik". A.Bayramovun sözlərinə görə, müəyyən hallarda qazilər əlillik dərəcəsindən narazı qalaraq müraciət edir: "Onları yenidən hərbi komissiyaya dəvət edirik və komissiya qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə video müşahidə ilə yenidən əlilliyi qiymətləndirir. Bu zaman həmin qazinin sağlamlıq vəziyyəti hans qrupun meyarına uyğub gəlirsə ona uyğun əlillik verilir. Bəzən əlillik təyinatından sonra həmin qazinin səhhətində hər hansı ağırlaşma olarsa, o, yenidən müraciət edə bilər. Bu zamanda ekspert komissiyası yenidən vəziyyəti dəyərləndirəcək, qazinin haqqı hansı qrupa çatırsa o qrupla da təmin olunacaq. Elektron sistemdə müəyyən uyğunsuzluq ola bilər, çünki yalnız səhiyyə müəssisəsinin verdiyi sənəd əsasında qərar çıxarılır. Hərbi komissiya ilə müayinə isə əyani aparılır və burada səhv aparılma mümkün deyil. Qazilərə kifayət qədər həssaslıqla yanaşılır, heç bir növbədə gözləmədən sağlamlıq vəziyyəti dəyərləndirilir. Geri qayıt |