Əsas Səhifə > HƏRBİ > Ermənistan 6 hərbçisinin öldüyünü etiraf edib
Ermənistan 6 hərbçisinin öldüyünü etiraf edib19-11-2021, 12:35 |
Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü etiraf edib. Şəffaflıq.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, nazirlik məsələ ilə bağlı məlumat yayıb. Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır: Baş leytenant Taron Saakyan Müqavilə əsasında orduda xidmət edənlər Merjun Arutyunyan Qurgen Sarkisyan Artur Martirosyan David Amiryan. Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir. Qeyd edək ki, rəsmi İrəvan həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürldüyünü bildirmişdi. Geri qayıt |