Əsas Səhifə > Hadisə > Rusiyalı olimpiya çempionu antidopinq qaydalarını pozmaqda ittiham olunur
Rusiyalı olimpiya çempionu antidopinq qaydalarını pozmaqda ittiham olunur19-11-2021, 09:19 |
Rusiyalı ağırlıqqaldıran Oksana Slivenko antidopinq qaydalarını pozmaqda ittiham olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) məlumat yayıb. ITA 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatı zamanı götürülmüş dopinq nümunələrini yenidən təhlil edib. Slivenko və 12 ağırlıqqaldıranın testində anabolik steroidlər tapılıb. Bütün idmançılar təkrar nəticələrlə bağlı məlumatlandırılıb. Onlar B nümunəsinin analizini tələb etmək hüququna malikdir. Qeyd edək ki, Oksana Slivenko 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı çinli Lyu Çunhunun diskvalifikasiyasından sonra qızıl medal qazanıb. O, 3 qat dünya və 6 qat Avropa çempionudur."Report" Geri qayıt |