Əsas Səhifə > REGİON > İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.


18-11-2021, 22:15
Ərdoğan 8 ildən sonra ilk dəfə İsrailin baş naziri ilə telefonla danışıb
Şəffaflıq.az
 xəbər verir ki, bu barədə "Jerusalem" Post məlumat yayıb.
Məlumata görə, bu, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığıdır.
Qeyd olunur ki, Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.
Baş nazir, həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və əlavə edib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir.

Geri qayıt