Əsas Səhifə > Siyasət / Region > Vladimir Putin: “Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.

Vladimir Putin: “Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.


18-11-2021, 21:46
“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.
Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.
“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.
Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir: “Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”.

Geri qayıt