Əsas Səhifə > Hadisə > Motosiklet qəzasında ölən generalın oğlu imiş... -

Motosiklet qəzasında ölən generalın oğlu imiş... -


26-07-2019, 22:55

 Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.
Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də, saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi "Suzuki" markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib.
Xətai rayonunun Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xətai rayonunun Zığ şossesində Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi "Suzuki" markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şəffaflıq.az
Geri qayıt