Əsas Səhifə > HƏRBİ > Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb - SİYAHI
Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb - SİYAHI17-11-2021, 14:17 |
![]() Şəffaflıq.az xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır: 1. Tətil etmək; 2. Seçkili orqanlarda vəzifə tutmaq; 3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq; 4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək; 5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq; 6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq; 7. Daimi yaşamaq üçün xaricə getmək; 8. Siyasi və dini təbliğatla məşğul olmaq; 9. Dövlət sirrini yaymaq. Geri qayıt |