Əsas Səhifə > Dünya > İrəvanda Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilir-VİDEO
İrəvanda Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilir-VİDEO17-11-2021, 10:53 |
Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilir. Bu barədə Şəffaflıq.az “İravunk.com”a istinadən xəbər verir. Qeyd edilir ki, ölkənin paytaxtı İrəvandakı Respublika meydanına xeyli sayda insan toplaşıb. Onlar Nikol Paşinyanın istefasını tələb edirlər. “Hakim elita təşviş içindədir, xüsusən də sosial şəbəkələrdə xalqın hökumətə getməsi və kapitulyantın (Nikol Paşinyan-red) istefasını tələb etməsi çağırışları onu təşvişə salıb. Sonuncular o qədər dəhşətə gəliblər ki, Respublika meydanına çoxlu sayda polis yığmağa başlayıblar. Hazırda çoxlu sayda polis maşını Respublika meydanına doğru hərəkət edir”, - portal bildirib. Geri qayıt |