Əsas Səhifə > İqtisadiyyat > Vahid büdcə təsnifatının təsdiq edilməsi qərarında dəyişiklik edilib
Vahid büdcə təsnifatının təsdiq edilməsi qərarında dəyişiklik edilib16-11-2021, 23:24 |
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə: 1.1. on ikinci sətirdə “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəzlənib, on üçüncü sətirdə “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilib. Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə: “1.2.0. Beynəlxalq münasibətlər” köməkçi bölməsində “1.2.1. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” sözləri “1.2.1. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı” sözləri ilə, “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” sözləri “1.2.2. Beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilib; Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” paraqrafının adında “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəz edilib və həmin paraqrafdan “və ianə” sözləri çıxarılıb; “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” paraqrafının adında “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz olunub; “1.3.0. Xarici ölkələrə yardımlar” köməkçi bölməsində “1.3.0. Xarici ölkələrə yardımlar” sözləri “1.3.0. Xarici yardımlar” sözləri ilə əvəzlənib; “4.1.0. Məktəbəqədər təhsil” köməkçi bölməsində “4.1.0. Məktəbəqədər təhsil” sözlərindən sonra “köməkçi bölməsinə” sözləri əlavə edilib; “4.2.4. İnternat və xüsusi məktəblər” paraqrafından “uşaq və ailəyə dəstək mərkəzlərinin,” sözləri çıxarılıb; “6.2.3. Uşaq evləri” paraqrafına “ailə tipli kiçik qrup evlərinin” sözlərindən sonra “, uşaq və ailəyə dəstək mərkəzlərinin” sözləri əlavə edilib; “9.2.0. Baytarlıq” köməkçi bölməsinə “laboratoriyalarının saxlanılması,” sözlərindən sonra “özəl baytarlıq subyektləri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsi,” sözləri əlavə edilib; “10.7.2. Çirkab sularının yığılması və təmizlənməsi” paraqrafına aşağıdakı məzmunda yeni dördüncü abzas əlavə edilib, dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilib: “şəhər və rayon mərkəzlərində qrunt sularının təmizlənməsi ilə bağlı xərclər;”; “11.2.4. Turizm” paraqrafında “və nəşri” sözləri “, nəşri və subsidiya verilməsi” sözləri ilə əvəzlənib; “11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafı aşağıdakı redaksiyada verilib: “11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafına obyektlərin tikintisi, bərpası, yenidən qurulması, əsaslı təmiri və yeni güclərin istifadəyə verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqrafa, həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü ilə bağlı xərclər, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti və texniki nəzarət xidmətləri ilə bağlı xərclər, xaricdən cəlb edilmiş kredit, qrant və digər vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir”. Geri qayıt |