“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb”. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.