Əsas Səhifə > Cəmiyyət > Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək
Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək16-11-2021, 10:28 |
![]() Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb: “Güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti bəzi rayonlarda 24-28, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq. Bölgələrdə də küləkli, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”. G.Məmmədova bildirib ki, noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də Bakıda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim cənub-şərq küləyi əsəcək”. Şəffaflıq.az Geri qayıt |