Əsas Səhifə > SİYASƏT > Metyu Brayza: “İstanbul zirvə görüşünün nəticələri regionda böyük dəyişikliklərə səbəb olacaq”
Metyu Brayza: “İstanbul zirvə görüşünün nəticələri regionda böyük dəyişikliklərə səbəb olacaq”15-11-2021, 11:47 |
![]() Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib. O deyib ki, bu il noyabrın 12-də İstanbulda keçirilmiş zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi: “Hesab edirəm ki, bu, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın yeni və daha intensiv mərhələsini əks etdirir. Bu təşkilat Aralıq və Qara dənizdən, Xəzər dənizi və onun hüdudlarından kənaradək uzanan regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”. Ekspert Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qəbul edilməsini alqışladığını bildirib: “Bu addımın regional əməkdaşlığı daha da möhkəmləndirəcəyini gözləyirəm. Türkmənistan və Azərbaycan artıq logistika sahəsində vacib oyunçular kimi birgə fəaliyyət göstərərək malların Avropadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara və əksinə, etibarlı daşınmasını təmin edir”. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra bu imkanlar daha da genişləndi, regionun təhlükəsizliyi isə daha sabit və öncədən müəyyən edilən hala gəldi. “Müharibənin başa çatması haqqında 2020-ci il 10 noyabr tarixli bəyanat və onun “Bölgədəki nəqliyyat əlaqələri bərpa edilir” bəndi yeni iqtisadi artım imkanları üçün yol açmış oldu. Nəticədə, Zəngəzur dəhlizi layihəsi yüklərin avtomobil yolları və son nəticədə, dəmir yolu vasitəsilə daşınması üçün yeni marşrutun əsasını qoyur. Bu həmçinin potensial olaraq, gələcəkdə boru xətti vasitəsilə karbohidrogen ehtiyatlarının daşınmasına şərait yaradır. Bu cür yeni tranzit əlaqələri yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, yeni investisiyaların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malik olacaq, iqtisadi artımı stimullaşdıracaq, həmçinin bütün Böyük Xəzər bölgəsində regional iqtisadi əməkdaşlığa imkan yaradacaq, bu isə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və saxlanmasına öz töhfəsini verəcək”, - M.Brayza diqqətə çatdırıb. ![]() Şəffaflıq.az Geri qayıt |