Əsas Səhifə > Hadisə / Dünya > Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb
Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb14-11-2021, 15:09 |
Hondurasın Kantarranas bələdiyyəsinin meri Fransisko Qaytan Fransisko Morazan departamentində güllələnib. "Report" xəbər verir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb. Liberal Partiyasını təmsil edən siyasətçi tərəfdarları qarşısında mitinqdə çıxış edərkən ona odlu silahdan 15 dəfə atəş açılıb. Tədbir iştirakçıları atəş açan şəxsi saxlayıb və polisə təhvil veriblər. Liberal Partiya cinayəti pisləyib və ölkə hakimiyyətini hərtərəfli araşdırma aparmağa çağırıb. Şəffaflıq.az Geri qayıt |