Əsas Səhifə > Gündəm > Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb

Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb


25-07-2019, 16:05
 Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, iyulun 25-dən 27-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 1 faizdən aşağıdır.
Şəffaflıq.az
Geri qayıt