Əsas Səhifə > REGİON / Cəmiyyət > Şəhid Cahan Məmmədzadənin medalı anım günündə ailəsinə təqdim edilib
Şəhid Cahan Məmmədzadənin medalı anım günündə ailəsinə təqdim edilib12-11-2021, 17:42 |
![]() Şəffaflıq.az xəbər verir ki,mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Anım mərasmində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şəhid Cahan Məmmədzadənin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Daha sonra Cahan Məmmədzadənin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub, şəhidin “Şuşanın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib. Bu gün həm də Ağbulaq kəndindən olan şəhid Ramil Yusifovun “Cəsur döyüşçü” medalı ailəsinə təqdim edilib. Geri qayıt |