Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DSMF-nin gəlirləri 10% artıb
DSMF-nin gəlirləri 10% artıb12-11-2021, 13:19 |
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 4 372 milyon manat təşkil edib. Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat və yaxud 9,5% çoxdur. Hesabat dövründə Fondun xərcləri isə 4 054 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 146 milyon manat və yaxud 3,7% çoxdur. 10 aylıq xərclərin 97%-ni əhaliyə ödənişlər təşkil edib. Geri qayıt |