Əsas Səhifə > Hadisə > Dayısını qətlə yetirən şəxsin məhkəməsi başlayır
Dayısını qətlə yetirən şəxsin məhkəməsi başlayır12-11-2021, 12:52 |
Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən Turan Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az-ın xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 25-nə təyin edilib. Qeyd edək ki, iyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu, 1989-cu il təvəllüdlü T.Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı N.Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. T.Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Geri qayıt |