Əsas Səhifə > Hadisə > Bakıda güclü külək nəticəsində 11 nəfər xəsarət alıb

Bakıda güclü külək nəticəsində 11 nəfər xəsarət alıb


11-11-2021, 10:07
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Onlardan 5-i kişi, 6-sı qadındır.
Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Şəffaflıq.az

Geri qayıt