Əsas Səhifə > SİYASƏT > Amnistiya Aktının icrasına başlanılıb
Amnistiya Aktının icrasına başlanılıb10-11-2021, 16:49 |
8 noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək". Şəffaflıq.az Geri qayıt |