Əsas Səhifə > Gündəm > Vüsal Məmmədov: "Keşikçi Qala insidenti düşmən qüvvələrin ölkəmizə qarşı məkrli təxribat planıdır"
Vüsal Məmmədov: "Keşikçi Qala insidenti düşmən qüvvələrin ölkəmizə qarşı məkrli təxribat planıdır"24-07-2019, 23:35 |
Ölkəmizin Gürcüstanla sərhədində olan "Keşikçi Qala" sərhəd məntəqəsində baş verən insident birbaşa təxribat əməlidir və Azərbaycanla Gürcüstan arasında münasibətlərin pozulmasına‚ hətta düşmənçilik hallarının yaranmasına hesablanıb. İlk olaraq bu hadisə hər iki xalq arasında olan qədim dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmaq anlamı daşıyır. Eyni zamanda Azərbaycanın rəsmi Dövlət sərhədində xidməti vəzifə aparan sərhədçilərimizə hücum etməklə Azərbaycana qarşı cinayət əməli törədilib. Bu cinayətkarların məqsədi təxribat yaratmaq olub və bu təxribatçılar mütləq cəzalandırılmalıdır. Hər bir ölkənin sərhədi beynəlxalq qanunlarla mühafizə olunur ki‚ istənilən bir ölkənin sərhədinə rəsmi icazə olmadan yaxınlaşmaq ağır cinayətdir‚ nəinki hələ hər hansı bir ölkənin sərhədini qoruyan əsgərlərə hücum etmək. Bu səbəbdən sərhədimizdə əsgərlərimizə qarşı təxribat hücumu həyata keçirənlər qanun qarşısında cavab verməlidir. Bu hadisə ən çox gürcü xalqına və Gürcüstan hökumətinə qarşı yönəlmiş məkrli bir əməldir ki‚ hər iki ölkəni‚ Azərbaycan və Gürcüstanı qarşı-qarşıya qoymaq cəhdi güdür və hər iki xalq arasında düşmənçilik yaratmaq xarakteri daşıyır. Bu kimi təxribatların qarşısı elə xalqlarımız tərəfindən daim alınmalıdır. Münasibətlərə zərbə olan heçbir addım atılmamalıdır. Gürcü xalqı da məsələyə həssas yanaşmalıdır və aradakı dərin dostluq münasibətinə heçbir zərər verən hal olmamalıdır. Gürcüstan və Azərbaycan xalqları hər zaman dinc və dostluq şəraitində yaşayıblar və bundan sonra da buna əməl olunmalıdır‚ münasibətlərə zərbə vuracaq istənilən bir təxribatın qarşısı dərhal alınmalıdır. Vüsal Məmmədov Müxbir: Davud Tarverdiyev Şəffaflıq.az Geri qayıt |