Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanılıb
Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanılıb10-11-2021, 14:05 |
"Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb". Şəffaflıq.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. "Sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq", - nazir vurğulayıb. S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib. Geri qayıt |