Əsas Səhifə > Cəmiyyət > Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır

Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır


10-11-2021, 10:23
Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.
Şəffaflıq.az-ın xəbərinə görə, büdcə layihəsinə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq.
Bu gün komitə layihənin müzakirəsi üçün toplanacaq.
Sabahdan isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq.
Qanunverici orqanın noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Geri qayıt