Əsas Səhifə > Hadisə > Əməkdar artist vəfat etdi
Əməkdar artist vəfat etdi9-11-2021, 18:27 |
![]() Şəffaflıq.az bildirir ki, bu barədə APA-ya sənətçinin qızı Gülşən Ələkbərova məlumat verib. O bildirib ki, atası bu gecə ürək çatışmazlığından vəfat edib. Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətçi 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra 1992-сi ilədək "Azkonsert" Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib. ![]() Azərbaycan televiziyası və radiosunun "Qızıl fond"unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin "Bizimkilər" proqramına vermişdi. Allah rəhmət eləsin! Geri qayıt |