Əsas Səhifə > SAĞLAMLIQ / Gündəm > Azərbaycanda daha 1 855 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb
Azərbaycanda daha 1 855 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb9-11-2021, 17:56 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib. Ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb. Geri qayıt |