Əsas Səhifə > MANŞET / KARUSEL / REGİON / Cəmiyyət > Şamaxı rayonunda 8 Noyabr-Qələbə günü münasibətilə ümumrayon tədbiri keçirilib.
Şamaxı rayonunda 8 Noyabr-Qələbə günü münasibətilə ümumrayon tədbiri keçirilib.8-11-2021, 19:51 |
Şamaxı rayonunda 8 Noyabr-Qələbə günü münasibətilə ümumrayon tədbiri keçirilib. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində Şamaxı rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasında adlarını tarixə yazdırıblar. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə Şamaxılı könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Pərviz Feyzullayev, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları, Qazilə və müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, ictimaiyyət nümayəndələri şəhidlər xiyabanınıda məzarları ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Zəfər Günü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Vahid İsmayılov. Şəffaflıq.az Geri qayıt |