Əsas Səhifə > Gündəm / Cəmiyyət > "Zəfər Günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək"
"Zəfər Günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək"5-11-2021, 23:34 |
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi göndərib. Bu Azərbaycanda elan ediləcək 12-ci amnistiya aktı olacaq. Bu günə kimi ölkəmizdə ümumilikdə qəbul edilən 11 amnistiya aktı ilə 123 mindən artıq şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunub. 8 noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək, eləcə də, Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı amnistiya elan edilməsi olduqca mühüm hadisədir. Zəfər günündə məhbus ailələri ikiqat sevinc yaşayacaqlar. Bu sözləri Azerrforum.com-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, əfv sərəncamları və amnistiya aktları mahiyyəti etibarilə şamil olunduğu insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirən, layiqli vətəndaş olmağa sövq edir. Bu baxımdan, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində hər zaman insan amili, humanizm və insanpərvərlik prinsipləri dayanır. Sonuncu amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin o vaxtkı deputatı, hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmişdi. 11-ci amnistiya aktı ümumilikdə 10 min məhkuma şamil olunmuşdu. T.Cəfərova qeyd edib ki, Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən Amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bununla azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Bu da on minlərlə insanın sevinci deməkdir. Qeyd edək ki, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilməkdədir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən humanizm siyasəti ölkəmizdə insan amilinin prioritet təşkil etdiyinin bariz örnəyidir. Bu baxımdan, dövlət başçısı tərəfindən irəli sürülən bu təşəbbüs cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Eyni zamanda qeyd etməliyik ki, qanunçuluq prinsiplərinə əsaslanan əfv sərəncamları və amnistiya aktları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda millət vəkili xüsusilə vurğulayıb ki, Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmiş, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının, bu amnistiya aktının qəbul olunması nəticəsində özgüvəninin, birlik və həmrəylinin daha da möhkəmlənəcəyinə inanırıq. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının əhəmiyyətini vurğulayan Tamam Cəfərova qeyd edib ki, 8 noyabr - Zəfər Günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünü və əzəmətini nümayiş etdirəcək. Şəffaflıq.azGeri qayıt |