Əsas Səhifə > SİYASƏT > Azərbaycan səfiri: “Gürcüstan Baş nazirinin barış təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir”
Azərbaycan səfiri: “Gürcüstan Baş nazirinin barış təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir”5-11-2021, 16:42 |
“Azərbaycan dövləti özü öz gücünə beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində nəzarəti bərpa etdi və 30 ilə yaxın Cənubi Qafqaz bölgəsində ən ciddi hərbi təhdidlər yaradan münaqişəyə hərbi-siyasi yolla son qoydu”. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev diplomatik nümayəndəlikdə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. Onun sözlərinə görə, bu tarixi nailiyyətlə Azərbaycan həm də BMT Təhlükəsizlik Şuraının hələ 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalan 4 qətaməni təkbaşına icra edib. Səfir dost, qardaş və strateji tərəfdaş olan Gürcüstan dövləti və xalqına 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstək və həmrəyliyə görə xüsusi təşəkkürünü bildirib: “Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyası, ölkə parlamenti və müxlətif çərçivələrdə bəyan etdiyi mövqeyi minnətdarlıqla qəbul edilir. Onun postmünaqişə dövrünə aid barış təşəbbüslərinin prioritet olaraq vurğulanması xüsusi əhəmiyyət kəsb edir”. F.Quliyev Vətən müharibəsində Gürcüstan azərbaycanlılarının Azərbaycana göstədiyi doğma bağlılığın, keçirdikləri dəstək aksiyalalarının xalqımız tərəfindən əziz tutulduğunu qeyd edib. O, soydaşlarımıza dəstək və həmrəyliyə görə təşəkkür edib. Səfir deyib ki, Azərbaycan özünün dimanik inşikafını təmin etməklə yanaşı, bölgədə aparıcı qüvvəyə çevrilib: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri müxtəlif sahələri əhatə edən formatlar səviyyəsində bərqərar olub. Əminik ki, bu formatın təməlində duran qarşılıqlı hörmət və həmrəylik dəyərləri bölgəmizdə davamlı sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək”. Qeyd edək ki, rəsmi qəbulda Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, diplomatik korpusun nümayəndələri, Gürcüstan parlamentinin üzvləri və digər rəsmi şəxslər iştirak edirlər. Geri qayıt |