Əsas Səhifə > Hadisə > Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb5-11-2021, 16:38 |
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Baş Mil-Muğan kanalında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Bərdə şəhər sakini Taleh Rəhimov, Neftçala rayon sakini Şərif Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1 850 metr uzunluğunda sintetik tor götürülüb. O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb: “Eyni zamanda, Bakı şəhəri, Sahil qəsəbəsində qanunsuz ov edən şəhər sakini Ziyafət Məmmədov saxlanılıb və barəsində akt, protokol tərtib olunub. Lənkəran rayonunun Boladi kəndində qanunsuz ovlanmış vəhşi quşların satışı ilə məşğul olan rayon sakini Əli Həbibov barəsində də qanunamüvafiq tədbir görülüb". Geri qayıt |