Əsas Səhifə > SİYASƏT > Yuriy Kamelçuk: "Reznikovun müdafiə naziri təyin olunması Azərbaycanla əmıkdaşlığı daha da inkişaf etdirəcək"
Yuriy Kamelçuk: "Reznikovun müdafiə naziri təyin olunması Azərbaycanla əmıkdaşlığı daha da inkişaf etdirəcək"5-11-2021, 16:26 |
"Açığını deyim ki, müdafiə nazirinin dəyişməsi çətin ki, ölkələrimiz arasındakı münasibətlərin strukturunu ciddi şəkildə dəyişsin". Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim "Xalqın xidmətçisi" partiyasından deputatı Yuriy Kamelçuk partiyanın təklifi ilə ötən gün hökumətdə müdafiə naziri də daxil bir sıra postlarda yeni təyinatlarla bağlı şərh verərkən deyib. O, qeyd edib ki, Ukrayna hökuməti bundan əvvəl də ölkəyə daxil olan azərbaycanlı investorlara ardıcıl və hərtərəfli yardım edib: "Bundan əlavə, bir müddət əvvəl Ukrayna və Azərbaycan beynəlxalq daşımalar sahəsində əməkdaşlığı gücləndirib və energetika sahəsində bir sıra təşəbbüsləri planlaşdırıblar. İndi isə Aleksey Reznikovun yeni müdafiə naziri təyin olunması ilə ümid edirəm ki, dövlətlərimiz müdafiə sahəsində də ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirəcək", - deyə, deputat əlavə edib. Şəffaflıq.az Geri qayıt |