Əsas Səhifə > İqtisadiyyat > Dövlət Gömrük Komitəsinin büdcə yükü 9% artırılır

Dövlət Gömrük Komitəsinin büdcə yükü 9% artırılır


5-11-2021, 14:21
 Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 4 260 milyon manatını və yaxud 15,9%-ni Dövlət Gömrük Komitəsi təmin edəcək.
Şəffaflıq.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2% çoxdur.
Gömrük orqanlarının xətti ilə daxilolmaların 2 190 milyon manatı (6,2% çox) və yaxud 51,4%-i ölkəyə idxal olunan mallarla bağlı əlavə dəyər vergisinin (ƏDV), 160 milyon manatı (5,9% az) və yaxud 3,8%-i aksiz vergisinin, 1 150 milyon manatı (21,1% çox) və yaxud 27%-i gömrük rüsumlarının, 40 milyon manatı (dəyişməyib) və yaxud 0,9%-i isə yol vergisinin payına düşəcək.

Geri qayıt