Əsas Səhifə > İqtisadiyyat > Gələn il ARDNF-in büdcəsində 2 milyard manatdan çox kəsir yaranacaq
Gələn il ARDNF-in büdcəsində 2 milyard manatdan çox kəsir yaranacaq5-11-2021, 13:58 |
Gələn il Dövlət Neft Fondunun gəlirlərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,4% çox - 10 589,7 milyon manat, xərclərinin isə 4,4% az - 12 755,7 milyon manat təşkil edəcəyi gözlənilir. Şəffaflıq.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, Fondun büdcəsində 2 166 milyon manat kəsir yaranacaq. 2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 12 710 milyon manat təşkil edəcək, həmçinin Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat, "Vətəndaşların xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na isə 17,9 milyon manat yönəldəcək. Geri qayıt |