Əsas Səhifə > REGİON > Türkiyə terrorçuları dəstəkləyən 10 fiziki və 3 hüquqi şəxsə sanksiya tətbiq edib

Türkiyə terrorçuları dəstəkləyən 10 fiziki və 3 hüquqi şəxsə sanksiya tətbiq edib


5-11-2021, 13:32
 PKK, “əl-Qaidə”, “əl-Busra” və İŞİD terror qruplaşmalarına dəstək verən 10 nəfər və 3 təşkilatın Türkiyədəki əmlakı, eləcə də bank hesabları dondurlub.
Şəffaflıq.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və maliyyə naziri Lütfi Elvanın imzaladıqları qərar “Resmi Gazete”də dərc edilib.
Bildirilib ki, terrorçu PKK qruplaşmasına dəstək verdikləri üçün Adnan Kaya, Buket Ülgen, Doğan Doğan, Fırat Özgür, Seyfi Tomar, İlhan Ulutaş, Şafak Erdemir ile Torontoda təsis edilən Anadolu Mədəniyyət Fondunun əmlakı, Hasan Alshabanın əmlakı terrorçu “əl- Qaidə”yə , Farrukh Furkatovitch Fayzımatovun əmlakı terrorçu “əl Nusra”ya, Marwan M Salıh Salıhın, “Al Alamia Gıda”nın və “Redin Consulting” daxili və xarici ticarət şirkətinin əmlakı isə terrorçu İŞİD-ə dəstək verdikləri üçün dondurulub.

Geri qayıt