Əsas Səhifə > İqtisadiyyat > ARDNF-in gəlir və xərclərinin tarazlığı üçün neftin lazım olan qiyməti açıqlanıb
ARDNF-in gəlir və xərclərinin tarazlığı üçün neftin lazım olan qiyməti açıqlanıb5-11-2021, 13:14 |
Neftin qiymətinin 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat azalmasına gətirib çıxarır. Şəffaflıq.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Məlumata görə, neftin bir barelinin satış qiyməti 30 ABŞ dollarınadək düşərsə icmal büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 5,8 milyard manat az olmasına səbəb ola bilər. Neft qiymətlərinin 1 ildən yuxarı müddət ərzində 50 ABŞ dolları ssenarisindən 15 ABŞ dolları və daha çox enməsi və 1 il ərzində həmin səviyyədə qalması nəzərdə tutulandan əlavə borclanmanın və ya Dövlət Neft fondundan transfertin, yaxud da qeyd edilən hər iki tədbirin kombinasiyasının həyata keçirilməsini şərtləndirir. Bu halda xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin investisiya xərclərinin aşağı salınması hesabına təmin edilməli olacaq. Göründüyü kimi, neftin qiymətinin aşağı səviyyədə olması riskin qarşılanması (mitiqasiyası) məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşmanı zəruri edir. Hesablamalar göstərir ki, 2022-ci ildə neftin bir barelinin 55 ABŞ dolları səviyyəsində olduğu halda ARDNF-in gəlir və xərcləri arasında tarazlığın təmin olunması mümkündür. Geri qayıt |