Əsas Səhifə > SAĞLAMLIQ > Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirilib
Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirilib4-11-2021, 16:04 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib. M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir: "Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq". Qeyd edək ki, İmişli rayonunda 11 yaşlı ananın körpəsi həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir. On bir yaşlı uşaq və anası Sosial Xidmətlər Agentliyin müəssisəyə yerləşdirilib. A.N-nın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq noyabrın 2-də dünyasını dəyişib. Geri qayıt |