Əsas Səhifə > Gündəm / Cəmiyyət > Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib

Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib


4-11-2021, 15:31
 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı bu günə qədər 13 400 ticarət obyektində monitorinqlər aparıb.
Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin olunması ilə bağlı qoyulan tələblərə əməl edilməsi vəziyyəti yoxlanılır. İndiyə qədər 1 758 halda pozuntulara yol verildiyi aşkar edilib, 455 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1 303 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.
"İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 1 200 manat cərimə edilir.
pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət tədbirləri bundan sonra da davam etdirəcək", - deyə qurum bəyan edib.

Geri qayıt